Sovet vaxtının peyvəndi koronavirusu məhv edə bilir – İDDİAbackend

Sovet vaxtının peyvəndi koronavirusu məhv edə bilir – İDDİA

Poliomielitə qarşı peyvənd yeni koronavirus infeksiyasının qarşısını ala bilər.

Hokm.az “Sputnik”ə istinadla xəbər verir ki, Rusiya EA-nın Çumakov adına immunobioloji preparatların araşdırma və hazırlanma elmi mərkəzinin baş direktoru Aydar İşmuxametov bu faktı mərkəzin mütəxəssislərinin eksperiment yolu ilə sübut etdiklərini deyib.

Alimlər daha öncə bildirmişdilər ki, rusiyalıların COVID-19-a qarşı qeyri-spesifik immunitetləri var – onların orqanizminin immun sistemi infeksiyalara eynitipli reaksiya verir. 1960-cı illərdə sovet virusoloqu, akademik Mixail Çumakov güman etmişdi ki, poliomielitə qarşı canlı vaksin qrip infeksiyasının gedişatını yumşalda bilər. Çumakov adına mərkəz bu hipotezi hazırda SARS-CoV-2 koronavirusu ilə yoxlayıb.

“Biz təxminən 60 könüllüyə polliomielit əleyhinə canlı vaksin yeritdik, nəticədə həmin qrupda xəstələrin sayı kəskin azaldı. Bu məsələni sübut etdik”, – İşmuxametov “Rossiya-1” telekanalının efirində deyib.

 

Ancaq o əlavə edib ki, poliomielit peyvəndini hələlik “təcili lazım gələn” anadək bir kənara qoyublar.

Canlı poliomielit vaksini 1950-ci illərin sonunda işlənib hazırlanıb, 1960-ci ildən isə keçmiş SSRİ-nin bütün əhalisinin bu peyvəndlə vaksinasiyasına başlanıb.

Çumakov adına mərkəzdə bu il koronavirus əleyhinə “KoviVak” peyvəndi də hazırlanıb.

  •  (0)
  •  (0)