Şotlandiya NATO-ya üzv olmağa çalışacaqbackend

Şotlandiya NATO-ya üzv olmağa çalışacaq

Şotlandiya müstəqillik qazanacağı təqdirdə NATO-ya üzv olmağa çalışacaq. Bu barədə Şotlandiyanın Birinci naziri Nikola Stercen bildirib.

“Mənim rəhbərlik etdiyim partiya – Şotlandiya Milli Partiyası 2012-ci ildə qərara gəldi ki, Şotlandiya müstəqil olsa, NATO-ya üzv olmağa çalışacaq”, – deyə Stercen Vaşinqtonda Brukinqs İnstitutunda çıxışı zamanı qeyd edib.

Onun sözlərinə görə, NATO-ya üzvlük “müstəqil Şotlandiyanın təhlükəsizlik siyasətinin təməl daşı olacaq”.oxu.az

  •  (0)
  •  (0)