Şotland mütəxəssis “Tofiq Bəhramov”un ot örtüyünü “rüsvayçılıq” adlandırdıbackend

Şotland mütəxəssis “Tofiq Bəhramov”un ot örtüyünü “rüsvayçılıq” adlandırdı

Şotlandiyanın “Aberdin” klubunun baş məşqçisi Stiven Qlass Bakıda “Qarabağ”a qarşı keçirdikləri Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununun baş tutduğu Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyündən şikayət edib. 

Hokm.az xəbər verir ki, qarşılaşmada zədələnən Endryu Konsidaynın durumu barədə açıqlama verən mütəxəssis onun məhz ot örtüyündəki problem üzündən sıradan çıxdığını xatırladıb:

“Onun hələ də ayağı ağrıyır. Futbolçunun son durumu növbəti həftə qiymətləndiriləcək. Amma çox da yaxşı görünmür. 600-ə yaxın oyun keçirmiş və karyerası ərzində belə halla üzləşməyən şəxsdən bəhs edirik. Meydanın rüsvayçılıqdan ibarət olduğu həqiqətdir və düşünürəm ki, onların xalqı da bununla razılaşar”.

Qeyd edək ki, oyun “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab matçı avqustun 26-da Şotlandiyada olacaq.

  •  (0)
  •  (0)