Sosial Tədqiqatlar Mərkəzinin peşəkar komandası öz hədəfinə çatdı – Zöhrə İsmayılovabackend

Sosial Tədqiqatlar Mərkəzinin peşəkar komandası öz hədəfinə çatdı – Zöhrə İsmayılova

8 fevral 2019-cu ildə Sosial Tədqiqatlar Mərkəzinin yaranması Azərbaycanda cəmiyyətlə birlikdə real vəziyyətlərin qiymətləndirilməsi və müzakirəsi istiqamətində vacib qərarlardan biri idi.

Müasir informasiya texnologiyalarının verdiyi imkanlardan yararlanaraq cəmiyyəti narahat edən məsələləri müzakirəyə çıxarmaq və onu açıq şəkildə təhlil etmək mərkəzin əsas prioritet məsələlərindən biri və birincisidir. Sosial Tədqiqatlar Mərkəzi ilk işini məhz ən ümdə məsələlərdən biri olan təhsilə həsr etməsi də bunun baris nümunələrindəndir. Düşünürəm ki, respublikada bu ilk və yeganə tədbirlərdən idi ki, aidiyyatı qurumun səlahiyyətli şəxsləri tədbirdə idi. Respublika səviyyəsində çox yüksək və cəmiyyətə açıq olan ilk tədbirlərdən biri kimi dəyərləndirmək olar. Bütün bunları əsas gətirərək deyə bilərəm ki, çox qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq Sosial Tədqiqatlar Mərkəzi peşəkar komandası öz hədəfinə çatmışdır. Azərbaycanda belə bir qurumun fəaliyyət göstərməsi sabaha ümidi artırır. Mərkəzin əməkdaşlarına fəaliyyətində uğurlar arzulayıram və davamlı olmasını arzu edirəm.
P.s. Sadə vətəndaş olaraq tədbirdə iştirak edən və real vəziyyəti görən adam kimi dəyərləndirib, mövqe bildirmək borcumuzdur.

Gənc fəal Zöhrə İsmayılova

  •  (0)
  •  (0)