Sosial şəbəkələrdə YENİ “FENOMEN”: Əhalinin qanına işləyən BNAbackend

Sosial şəbəkələrdə YENİ “FENOMEN”: Əhalinin qanına işləyən BNA

Pandemiya dövründə xalqa xidmət etməli olduğu, lakin sağa-sola var-gəl edən Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişinlərin hər səhərini “zəhərə” çevirib.

Bir çoxları BNA-nin yazdığı cərimələrin qanunvericiliyə zidd olduğunu yazır. Düşünürəm ki, bu məsələ araşdırılmalıdır. Ümumiyyətlə, BNA-nın fəaliyyəti ilə bağlı şikayətlər son vaxtlar xeyli artıb.

Dünyada BMT-dən sonra ikinci ən mənasız quruma çevrilən BNA demək olar ki, hər gün sosial şəbəkələrdə müzakirə mövzusudur. Sanki bir növ fenomenə çevrilib.

Fenomen demişkən. Axundov bağında BNA-a tərəfindən “qanının içildiyini” görən sərnişinlərdən biri “Facebook”da belə yazıb: “1 saatdan çox M2-ni gözləyən sərnişinlərin hiddəti…BNA-a belə vəziyyətdə sosial məsafəni saxlamağın texnikasını öyrətsə tam olar”.

İntervalın 1 saat olması insanların sıxlığını daha da artırır və sərnişinlərin narahatlığına səbəb olur. Buna isə göz yuman qurum bu cür promlemləri aradan qaldırmadıqca əhali daha da incik düşür. Hər gün işə gedən və mütamadi marşrutlardan istifadə edən insanlar da sosial məsafəni gözləmək istəyirlər. 1 saatlıq intervalı nəzərə alsaq sərnişinlərin gözləmək kimi şansları yoxdur. İşə təsən sərnişin isə istəsə də, istəməsə də sosial məsafəni pozmalıdır.

Baş verən hadisələrdən belə qənaətə gəlmək olsr ki, Bakı Nəqliyyat Agentliyi heç nə etmir, oturublar maşında, mərkəzdə fırlanırlar və pul yığırlar.

BNA isə hər açıqlamasında hər bir hərəkət iştirakçısına hörmətlə yanaşaraq, paytaxtda piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz eyni zamanda, rahat hərəkətini təmin etmək istiqamətində işlərini davam etdirdiklərini bildirir.

Mən bilmirəm BNA nə ilə məşğuldur. Maarifləndirmək, ümumiyyətlə, yoxdur.

Maraqlıdır ki, yarandığı gündən boşluqlarını doldurmayıb, hətta buna can atmayan qrum xalqı incitməklə məşğuldur.

Son olaraq bir məsələni qeyd edim. Vətəndaşa “məsələni ictimailəşdirməyin” deyən qurum nədən qorxur? Bax bu, məni daha çox düşünməyə vadar edir.

Mikayıl Mirzəzadə

Hokm.az

 

 

 


5 may tarixində yenidən eyni vəziyyət davam etməkdədir

 

  •  (1)
  •  (0)