Tarif Şurasının enerjinin qiymətinin qaldırılması ilə bağlı verdiyi qərarın ləğvi üçün vətəndaşlar sosial şəbəkələrdə aksiyaya başlayıb.
Hokm.az xəbər verir ki, #etirazedirəm həştəqi ilə həyata keçirilən sosial aksiyada insanlar Tarif Şurasının son qərarı ilə təbii qazın və elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edirlər.
Onlar tariflərin artmasına, məhsul və xidmətlərin bahalaşmasına, sosial problemlərin dözülməz həddə çatmasına, aclıq və səfalətinin hökm sürməsinə kəskin reaksiyalarını bildiriblər.
Vətəndaşlar maaşlardan əvvəl tariflərin artmasına etiraz ediblər.
















