Sosial baxımdan həssas qrupa aid edilən tələbələrin nəzərinə – 2 gün qaldıbackend

Sosial baxımdan həssas qrupa aid edilən tələbələrin nəzərinə – 2 gün qaldı

E-telebe elektron portalı vasitəsilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulu davam edir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müraciətlərin qəbulu iyun ayının 11-dək aktiv olacaq.

Sözügedən qrupdan olan tələbələrin güzəştdən yararlana bilməsi üçün müraciətlərini qeyd edilən tarixədək tamamlayıb təsdiq etmələri nazirlik tərəfindən xahiş olunur.

  •  (0)
  •  (0)