“Sorğu keçirmişik, əhali qiymətlərin qaldırılmasına razıdır…” – ASC rəhbərindən açıqlamabackend

“Sorğu keçirmişik, əhali qiymətlərin qaldırılmasına razıdır…” – ASC rəhbərindən açıqlama

“Bizim xarici ekspertlərlə görüşlərimiz olur. Onlar tariflərin artırılmasını təklif edirlər”.

“APA-Economics”in məlumatına görə, bunu “Azəristiliktəchizat” ASC sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

O qeyd edib ki, istehlakçılar arasında sorğu keçirib monitorinq aparıblar və əhali tarifin 15 qəpikdən 22-25 qəpiyə qaldırılmasına razı olub: “Biz isə başqa yol seçmişik. Xidmətin keyfiyyətinin yüksəldilməsi, istilik haqlarının 100% yığılması və xərclərin optimallaşdırılması ilə istilik təsərrüfatının normal fəaliyyətini təmin etmək istəyirik. Amma istilik təchizatı sosial yönümlü olduğu üçün tariflərin artırılması barədə müraciət etməmişik və artım gündəmdə deyil”, – deyə o, əlavə edib.

 

  •  (0)
  •  (0)