Xəzər dənizində maqnitudası 3.2 olan zəlzələ baş verib.
Hokm.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 04:02-də qeydə alınıb.
Zəlzələnin ocağı 44 kilometr dərinlikdə yerləşib.
















