SON DƏQİQƏ! Xəbərdarlıq edildi:Təhlükəli hidrometeoroloji hadisə gözlənilirbackend

SON DƏQİQƏ! Xəbərdarlıq edildi:Təhlükəli hidrometeoroloji hadisə gözlənilir

Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq daxil olub.

Nazirlikdən Hokm.az-a  verilən məlumata görə, xəbərdarlıqda bildirilir ki, Xəzər dəniz akvatoriyasında mayın 9-u axşamdan başlayaraq Orta Xəzərdə cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s, mayın 10-da isə şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə arabir 32 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda 3.5-5.5 metrə qədər artması proqnozlaşdırılır.

Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçiriləcək.

Eyni zamanda gəmilərin hərəkətinə və limanlara giriş-çıxışına icazə verilməsi, hərəkətin məhdudlaşdırılması, limanların bağlanması barədə tədbirlər görüləcək. Dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar təhlükəli hidrometeoroloji hadisə ilə bağlı məlumatlandırılacaq.

  •  (0)
  •  (1)