SON DƏQİQƏ! Xankəndi hava limanı ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

SON DƏQİQƏ! Xankəndi hava limanı ilə bağlı RƏSMİ AÇIQLAMA

“Xankəndi hava limanına beynəlxalq status verilməyib. Sadəcə olaraq Azərbaycanın 6 hava limanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) yenilənmiş reyestrinə salınıb”.

Hokm.az xəbər verir ki, bunu Teleqraf.com-a “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib.

Qurum rəsmisi bildirib ki, ICAO təşkilatında mövcud aeroportlar və onların kodları barədə siyahı var: “Biz beynəlxalq təşkilatın dekabr ayında dərc olunacaq yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, həm də işğaldan azad edilmiş ərazilərdə – Ağdam, Füzuli və Xankəndində yerləşən hava limanlarının da salınmasına nail olmuşuq. Yəni, İCAO təsdiq edir ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən hava limanlarının kodu Azərbaycana məxsusdur”.

Bundan sonar Xankəndi hava limanında sərnişinlərə vizaların verilməsi, pasport və gömrük yoxlamasının kim tərəfindən həyata keçirilməsinə gəlincə, qurum sözçüsü bu haqda danışmağın hələ tez olduğunu deyib: “Bu haqda danışmağa hazır deyiləm. Detallar məlum deyil”.

Füzulidə və Ağdamda yeni hava limanlarının tikintisinə gəlincə, Paşa Kəsəməniski bu haqda əlavə məlumat verə bilmədiyini vurğulayıb.

  •  (2)
  •  (1)