SON DƏQİQƏ: Türkiyədə DƏHŞƏTLİ ZƏLZƏLƏ baş verdi – Ölənlərin sayı artdı, mindən çox yaralı var/VİDEO (YENİLƏNDİ)backend

SON DƏQİQƏ: Türkiyədə DƏHŞƏTLİ ZƏLZƏLƏ baş verdi – Ölənlərin sayı artdı, mindən çox yaralı var/VİDEO (YENİLƏNDİ)

Hokm.az bildirir ki, Elazığ şəhərində baş verən 6,8 bal gücündəki zəlzələdən sonra ölənlərin sayı 21-ə çatıb.

Publika.az xəbər verir ki, 1030 nəfərin yaralı olduğu bildirilir.

Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin məlumatına görə, zəlzələdən sonra bölgədə 97 avterşok qeydə alınıb.

***

09:10

Elazığda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 20-yə çatıb. 1015-dən çox yaralı var.

Publika.azxəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb. Fəlakət bölgəsinə Türkiyənin 28 əyalətindən 493 xilasedici qrup cəlb edilib.

***

02:10

Elazığda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 18-ə çatıb. 550-dən çox yaralı var. 30 nəfər itkin düşüb.

Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib.

***

01:10

Elazığda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 14-ə çatıb. 300-ə qədər yaralı var.

Publika.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. “Elazığda 8 , Malatyada 6 nəfər ölüb” – deyə bildirilib.

***

24 yanvar – 23:12

Elazığda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 8-ə çatıb. 300-ə qədər yaralı var.

Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib.

Yerli mənbələr dağıntılar altında bir neçə nəfərin qaldığını bildirir.

***

22:15

Elazığda baş verən 6,8 bal gücündəki zəlzələdən sonra 5,4 bal gücündə daha bir yeraltı təkan baş verib.

Publika.az xəbər verir ki, Müdafiə Naziri Hulusi Akarın məlumatına görə, iki güclü zəlzələdən sonra şəhər mərkəzlərində tələfat yoxdur. Nazir ətraf kəndlərdə tələfatın ola biləcəyini istisna etməyib. O bildirib ki, ehtiyac olarsa fəsadların aradan qaldırılmasına hərbçilər də cəlb edilib. Ordu hazır vəziyyətə gətirilib.

Daxili İşlər naziri Süleyman Soylu isə bildirib ki, təbii fəlakət nəticəsində 1 nəfər həyatını itirib. İki yaralı var. Bir neçə tikilidə fəsadlar əmələ gəlib

Qeyd edək ki, yeraltı təkanlar Malatya, Diyarbəkir, Adıyaman, Samsun və digər vilayətlərdə, həmçinin İraq və Suriyada da hiss edilib.

***

22:06

Türkiyənin Elazığ vilayətində rixter cədvəli üzrə 6,8 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. Yeraltı təkanların episentri Sivricə rayonunda yerin 5 kilometr dərinliyində yerləşib. Bəzi mənbələr yeraltı təkanların gücünü 6,5 bal göstərib. Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.

Anar Türkeş


Hostimul.com saytında müştərilərə təklif olunan bulud serverlər DdoS hücumlarına
qarşı maksimum müdafiə olunur və sizin saytınız və serveriniz istənilən kiber hücum
zamanı tam təhlükəsiz olur. Hostimul.com saytında bulud serverlərin quraşdırılması
zamanı heç bir ödəniş tələb olunmur. Həmçini bulud serverlərdə istənilən qədər
domen adı istifadə etmək mümükündür.

Daha ətraflı məlumat üçün: https://hostimul.com/cloud-vps-hosting/

  •  (0)
  •  (0)