SON DƏQİQƏ! Türkiyə Ordusunun bazası raketlə vurulub: Şəhid varbackend

SON DƏQİQƏ! Türkiyə Ordusunun bazası raketlə vurulub: Şəhid var

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı bazasının raket atəşinə tutulması nəticəsində 1 türk hərbi qulluqçusu həlak olub.

Hokm.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, İraqın şimalında, Başikdəki baza raket atəşinə məruz qalıb.

Raketlərdən biri bazanın ərazisinə, digər ikisi kəndə düşüb. Hücum nəticəsində kəndin azyaşlı mülki sakini də yaralanıb.

Türkiyə ordusu cavab tədbirləri görüb.

Məlumata görə, Ərbildəki aerodrom da raket atəşinə məruz qalıb.Oxu24.com

  •  (0)
  •  (0)