SON DƏQİQƏ: Türk hərbi bazasına hücum oldu, şəhid və yaralılar varbackend

SON DƏQİQƏ: Türk hərbi bazasına hücum oldu, şəhid və yaralılar var

“Fərat qalxanı” əməliyyatı ilə terrorçulardan təmizlənən Suriyanın Əl-Bab şəhərindəki Türkiyə hərbi bazasına hücum təşkil edilib.

Hokm.az xəbər verir ki, terror hücumunda 1 əsgər şəhid olub, 4-ü yaralanıb.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrinin yerləşdirildiyi baza bölgəsinə raket hücumu səhər saatlarında PKK/YPG-nin nəzarətindəki Mənbic bölgəsindən həyata keçirilib.

Hücumdan sonra raket qurğularının atıldığı ərazi təhlükəsizlik qüvvələri tərəfindən atəşə tutulub. Bölgədə bir çox terrorçunun zərərsizləşdirildiyi və atışmaların davam etdiyi bildirilir.

  •  (0)
  •  (1)