SON DƏQİQƏ: “Taliban” müvəqqəti hökumətin tərkibini ELAN ETDİbackend

SON DƏQİQƏ: “Taliban” müvəqqəti hökumətin tərkibini ELAN ETDİ

“Taliban” Əfqanıstanın müvəqqəti hökumətinin tərkibini elan edib.

Hokm.az TASS-a istinadla xəbər verir ki, bu barədə hərəkatın rəsmi nümayəndəsi Zəbihullah Mücahid məlumat verib.

Belə ki, Molla Məhəmməd Həsən Axund Əfqanıstanın baş naziri vəzifəsini icra edəcək.

Baş nazirin müavini Molla Abdulqani Bəradər təyin edilib.

Yeni hökumətdə xarici işlər naziri Molla Əmir Muttaki, daxili işlər naziri Siracuddin Haqqani, müdafiə naziri “Taliban”ın qurucusu Molla Ömərin oğlu Məhəmməd Yaqub Mücahid, kəşfiyyat naziri Molla Əbdülhaq Vasik, mədəniyyət və informasiya naziri isə Zəbihullah Mücahid olacaq.publika.az

  •  (0)
  •  (0)