SON DƏQİQƏ: “​Space TV”-nin yeni rəhbəri İSTEFA VERDİbackend

SON DƏQİQƏ: “​Space TV”-nin yeni rəhbəri İSTEFA VERDİ

Bir neçə gün əvvəl “Space” teleradio şirkətinə rəhbər təyin olunan Ülviyyə Mikayılova istefa verib.

Hokm.az “News24.az” saytına istinadən xəbər verir ki, Ü.Mikayılova “Space TV”-nin kollektivinə təqdim olunduqdan beş gün sonra əməkdaşlara bu vəzifəni icra edə bilməyəcəyini deyib.

Ü.Mikayılovanın rəhbərlikdən imtinasına əsas səbəb oradakı çoxsaylı problemlərdir. “Space TV”-ni sırf maarifçilik kanalına çevirmək istəyinin mümkünsüz olması da istefa verməsinin səbəblərindən biri kimi göstərilir.

Ü.Mikayılova “SpaceTV”-yə rəhbər təyin olunana qədər ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəri olub.

  •  (0)
  •  (0)