SON DƏQİQƏ: Rusiyanın sualtı qayığı “yoxa çıxıb” – Putin təcili əmr verdibackend

SON DƏQİQƏ: Rusiyanın sualtı qayığı “yoxa çıxıb” – Putin təcili əmr verdi

Aralıq dənizində Türkiyə və Yunanıstan arasındakı gərginlik daha geniş xarakter alır.

Hkm.az xəbər verir ki, ABŞ-ın ardınca Rusiya da bölgəyə böyük hərbi qüvvə toplayır. Rusiyanın Müdafiə Nazirliyinə yaxınlığı ilə bilinən avio.pro portalının məlumatına görə, Aralıq dənizində Rusiyanın azı 12 hərbi gəmisi var. Portalın xəbərində qeyd edilir ki, prezident Vladimir Putinin əmri ilə Rusiyaya məxsus sualtı qayıq Krit adası sahillərində mövqe tutan ABŞ-a məxsus təyyarədaşıyan “USS Eisenhower” gəmisini addım-addım təqib edir. Sualtı qayığın hazırda harada olduğu məlum deyil:

“Dizel elektriklə işləyən sualtı qayıq Rostov-on-Don uzun müddətdir “yoxa çıxıb” və Tartus dəniz limaına qayıtmayıb”.

Qeyd edək ki, rəsmi məlumatlara görə, yaxın vaxtlarda Rusiya Aralıq dənizinin şərqində hərbi təlimlər keçirəcək.Metbuat.az

  •  (2)
  •  (0)