SON DƏQİQƏ: Rusiya avtomobilinə DƏHŞƏTLİ HÜCUM EDİLDİ – Çox sayda RƏSMİ ŞƏXS…backend

SON DƏQİQƏ: Rusiya avtomobilinə DƏHŞƏTLİ HÜCUM EDİLDİ – Çox sayda RƏSMİ ŞƏXS…

Əfqanıstanda Rusiya diplomatik missiyasının avtomobili partladılıb.

Hokm.az APA-ya istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, paytaxt Kabulda Rusiya səfirliyinin yaxınlığında diplomatik missiyanın avtomobili kustar üsulla düzəldilmiş partlayıcı qurğu ilə partladılıb.

Nəticədə avtomobildə olan diplomatik missiyanın əməkdaşları yüngül beyin silkələnməsi travması alıblar.

İlkin məlumata görə, hədəf diplomatik missiyanın avtomobilinin qarşısında gedən Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin pikapı tipli maşını olub. Lakin, bununla belə Rusiya diplomatlarının terror hücumuna məruz qaldığı istisna olunmur.

Rusiya tərəfi Əfqanıstandan insidenti dəqiq araşdırmağı və səfirlik əməkdaşlarının təhlükəsizliyinin təmin olunmasını üçün tədbirlərin görülməsini tələb edib.

  •  (1)
  •  (0)