SON DƏQİQƏ: rus heyət peyvənd üçün Azərbaycana gəlirbackend

SON DƏQİQƏ: rus heyət peyvənd üçün Azərbaycana gəlir

“Sputnik V” peyvəndinin istehsalı imkanlarını müzakirə etmək üçün Rusiya nümayəndə heyəti Azərbaycana səfərə gəlir.

Hokm.az xəbər verir ki, bu barədə “R-Pharma”nın qurucusu və direktorlar şurasının sədri Aleksey Repik “Rusiya 24”ün efirində danışıb.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti azərbaycanlı həmkarları ilə “Sputnik V”nin istehsalını və həmçinin “AstraZeneca” peyvəndinin klinik sınaqlarını müzakirə edəcək.

 

Əlavə edək ki, dünyada ilk dəfə koronavirusun qarşısının alınması üçün Qamaleya Mərkəzi tərəfindən hazırlanmış “Sputnik V” bu ilin avqust ayında Rusiya Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.Publika.az

  •  (0)
  •  (1)