Ramiz Mehdiyevin kürəkəni həbs edildi, qudası məhkəmə qarşısında – YENİLƏNİB-3backend

Ramiz Mehdiyevin kürəkəni həbs edildi, qudası məhkəmə qarşısında – YENİLƏNİB-3

13:18

Hazırda Rövşən Mustafayevin işi ilə bağlı məhkəmə prosesi keçirilir.

Oxu.Az-ın prosesdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, məhkəmədə DİN əməkdaşı ifadə verərək bildirib ki, həmin gün saat 23 radələrində Abşeron rayonu, Novxanı kəndində Heydər Əliyev küçəsində post patrul xidməti ilə hərəkətdə olarkən atəşfəşanlıq səsləri eşidilib.

Polis əməkdaşları tərəfindən atəşfəşanlıq dayandırılıb.

Onun sözlərinə görə, İlham Əliyevin bağ evinin qarşısında çoxlu maşınlar olub. Həyətə daxil olmağa polisə icazə verilməyib. Polislər bir nəfərə xəbərdarlıq edərək, həmin ərazidən uzaqlaşıblar.

Polislərin içəri daxil olmasına mane yaradılıb.

________________

13:12

Abşeron Rayon Məhkəməsində Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevə hökm oxunub.

Oxu.Az xəbər verir ki, o, 15 sutka inzibati həbs cəzası alıb.

_______________

Abşeron rayonunda karantin qaydalarını pozaraq övladına toy etmiş sabiq deputat İlhаm Əliyev hakim qarşısına çıxarılır.

Hokm.az Report-a istinadən xəbər verir ki, Abşeron rayon Məhkəməsində onun və toy məclisində iştirak etmiş daha bir neçə nəfərin cərimələnəcəyi gözlənilir.

Onların İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) cərimələnəcəyi ehtimal edilir. Həmin madə ilə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
İ.Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.

Qeyd edək ki, həmin toy mərasimi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə video yayılıb. Görüntülərdə hazırda vəzifə tutan və sabiq məmurların toy mərasimində iştirak etdiyi görünür.

 

  •  (1)
  •  (0)