SON DƏQİQƏ: Putin vəzifəsindən kənarlaşdırıldıbackend

SON DƏQİQƏ: Putin vəzifəsindən kənarlaşdırıldı

Rusiyanın Ukraynaya təcavüzündən sonra dünyanın qınağına tuş gələn Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Cüdo Federasiyasının (IJF) fəxri prezidenti vəzifəsindən kənarlaşdırılıb.

Hokm.az Fanat.Az-istinadən xəbər verir ki, İJF-nin bugünkü bəyanatında deyilir: “Ukraynadakı müharibə fonunda Beynəlxalq Cüdo Federasiyası cənab Vladimir Putinin Beynəlxalq Cüdo Federasiyasının fəxri prezidenti və səfiri statusunun dayandırıldığını elan edir”.

Beynəlxalq Cüdo Federasiyası 2012-ci ilin oktyabrında Rusiya prezidenti Vladimir Putinə ən böyük mükafatlarından biri olan “səkkizinci dan qara kəmər” verib. O, 2008-ci ildə Beynəlxalq Cüdo Federasiyasının fəxri prezidenti seçilib.

Vladimir Putin 11 yaşından bu döyüş sənətini məşq etməyə başlayıb. 21 yaşında Leninqrad çempionu olub və usta adını alıb. 1999-cu ildə “Vladimir Putinlə cüdo öyrənmək” kitabı nəşr olunub.

  •  (0)
  •  (0)