SON DƏQİQƏ! Prezident Naxçıvanla bağlı mühüm sərəncam imzaladı- 8,8 milyon ayrıldıbackend

SON DƏQİQƏ! Prezident Naxçıvanla bağlı mühüm sərəncam imzaladı- 8,8 milyon ayrıldı

Prezident İlham Əliyev Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Hokm.az-ın   xəbərinə görə, sərəncama əsasən, Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 8,8 milyon (səkkiz milyon səkkiz yüz min) manat ayrılıb.

  •  (0)
  •  (0)