SON DƏQİQƏ: Pakistanla Hindistan ordusu arasında ŞİDDƏTLİ DÖYÜŞ – Ölənlər var…
Hindistan və Pakistan orduları arasında şiddətli toqquşma baş verib.
Hokm.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb. Məlumata görə, mübahisəli ərazi hesab edilən Kəşmir vilayətində baş vermiş toqquşmalar zamanı azı 3 dinc insan həyatını itirib.
Tərəflər ağır artilleriya silahlarından istifadə ediblər. Hərbçilərin itkiləri barədə məlumat yoxdur.
















