SON DƏQİQƏ! Operativ Qərargah vaksin olunanlarla bağlı məlumat yaydıbackend

SON DƏQİQƏ! Operativ Qərargah vaksin olunanlarla bağlı məlumat yaydı

Bu gün Azərbaycanda vaksinasiya olunanların sayı 43 499 nəfər olub.

Hokm.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27 992, ikinci mərhələdə isə bu rəqəm 15 507 nəfər təşkil edib.

Bu günə qədər Azərbaycanda ümumilikdə 1 025 790 ədəd vaksin vurulub.

Ölkə üzrə ümumilikdə birinci mərhələ peyvənd olunanların sayı 639 463 nəfər təşkil edib, ikinci mərhələdə isə bu rəqəm 386 327 olub.

  •  (0)
  •  (0)