SON DƏQİQƏ! Operativ Qərargah vaksin olunanlarla bağlı məlumat yaydıbackend

SON DƏQİQƏ! Operativ Qərargah vaksin olunanlarla bağlı məlumat yaydı

Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb.

Hokm.az xəbər verir ki, bu barədə “Koronavirusinfo.az” saytında məlumat verilib.

Bildirilib ki, vaksinasiya olunan əhalininin sayı 66%, olunmayanlar isə 34% təşkil edir.

Yoluxanların ölkə üzrə statsitikasına görə, 54,8% Bakı, 13% Abşeron, 11,7% Aran, 6,9% Gəncə-Qazax, 3,1% Quba-Xaçmaz, 3,9% Şəki-Zaqatala, 2,5% Lənkəran, 2,3% Dağlıq Şirvan, 1,3% Yuxarı Qarabağ, 0,5% ölkə xarici, 0,08% isə Naxçıvan üzrə qeydə alınıb.

Bakı şəhərində yoluxanlar şəxslərin 14,6%-i Binəqədi, 13,5%-i Xətai, 12,1%-i Yasamal,11,3%-i Sabunçu rayonlarında qeydə alınıb.

Yoxulanların yaş qruplarına görə bölgüsünə əsasən, 22% 30-39, 18% 50-59, 15% 20-29, 40-49, 60-69, 6% 10-19, 4% 70-79, 3% 0-3, 2% isə 80+ yaş qruplarından olan şəxslərdə qeydə alınıb.

Ümumilikdə yoluxanların 53%-ni qadınlar, 47%-ni isə kişilər təşkil edir.

  •  (0)
  •  (0)