SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı – ÇOX SAYDA ÖLƏN VARbackend

SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı – ÇOX SAYDA ÖLƏN VAR

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 508 yeni yoluxma faktı qeydə alınıb, 610 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hokm.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 365 009 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 338 279 nəfər müalicə olunaraq sağalıb, 5 138 nəfər vəfat edib, aktiv xəstə sayı 21 592 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 956, ötən müddət ərzində isə ümumilikdə 4 195 064 test aparılıb.

  •  (0)
  •  (0)