Türkiyə Daxili İşlər Nazirliyi, PKK/KCK/PYD/YPG terror təşkilatı üzvü olan şəxsi Şanlıurfada üzərindəki bombanı partlatmağa çalışarkən, növbətçi polis tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.
Hokm.az MediaBaku.az-a istinadən xəbər verir ki, şübhəli şəxsin içində olduğu taksi, Şanlıurfa polisi tərəfindən Viranşehir mahalının girişində saxlanılıb.
Bu zaman şübhəli şəxs üzərindəki bombanı partlatmağa çalışarkən, polis məmuru tərəfindən zərərsizləşdirilib.
Suriya vətəndaşı olduğu məlum olan şübhəlinin üstünün axtarışında, geyindiyi korsetdə təxminən 1,5 kiloqram partlayıcı maddə götürülərək məhv edilib.

















