SON DƏQİQƏ: Müdafiə Nazirliyindən TƏCİLİ MƏLUMAT – Düşəmən atəşə başladıbackend

SON DƏQİQƏ: Müdafiə Nazirliyindən TƏCİLİ MƏLUMAT – Düşəmən atəşə başladı

Avqustun 2-si saat 03:27 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Hokm.az bu barədə Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

  •  (0)
  •  (0)