SON DƏQİQƏ! Müdafiə Nazirliyi açıqlama yaydı: Naxçıvan istiqamətində…backend

SON DƏQİQƏ! Müdafiə Nazirliyi açıqlama yaydı: Naxçıvan istiqamətində…

İyulun 19-u saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

Müdafiə Nazirliyindən Hokm.az-a verilən məlumata görə, cavab atəşi ilə düşmən susdurulub.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

  •  (0)
  •  (1)