“Mübariz Mənsimovun azadlığa buraxılması yaxud həbs qərarının ev həbsi ilə əvəz edilməsi barəbə yayılan xəbərlər əsassızdır”backend

“Mübariz Mənsimovun azadlığa buraxılması yaxud həbs qərarının ev həbsi ilə əvəz edilməsi barəbə yayılan xəbərlər əsassızdır”

FETÖ əlaqələrinin olması səbəbi ilə  həbs olunan məşhur iş adamı ilə bağlı qərar verilib.  İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində həbs olunan “Palmali” Şirkətlər Qrupunun təsisçisi,  azərbaycanlı  iş adamı Mübariz Mənsimov azadlığa buraxılıb.
Hokm.az ixa.az-a istinadən bildirir ki, bu barədə Türkiyədə yaşan soydaşlarımızdan biri məlumat verib.
Onun sözlərinə görə, İstanbul Maliyyə Cinayətlərinə Qarşı Şöbə Müdirliyi tərəfindən həbs olunan Mübariz Mənsimov hazırda sərbəst buraxılıb. İş adamının  həbsi ev dustaqlığı ilə əvəz olunub.
______________________________________________________________________________________________________

“Mübariz Mənsimovun azadlığa buraxılması yaxud həbs qərarının ev həbsi ilə əvəz edilməsi barəbə yayılan xəbərlər əsassızdır”.

“Hokm.Az” xəbər verir ki, bu fikirləri sosial şəbəkədə “Palmali” Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva yazıb:

“Bir daha xahiş edirik ki, bu həssas dönəmdə yalan xəbərlər yaymaqla insanların hissiyyatı ilə oynamayın. Belə uydurmalara inanıb “Palmali” şirkətinə minlərlə insan zəng edir, qərargaha gəlirlər. Etməyin belə! Vurğulayıram ki, Mənsimovla bağlı son və doğru xəbərləri yalnız buradan ala bilərsiniz. Yalan məlumatlara inanmayın”.

Qeyd edək ki, Mübariz Mənsimov FETÖ təşkilatının (Fətullah Gülənin terror təşkilatı) fəaliyyətinin araşdrırılması çərçivəsində İstanbulda həbs edilib.Türkiyə hakimiyyətinə yaxın olan “Sabah” qəzetinin məlumatına görə, biznesmen FETÖ-nün top-menecerləri  Akın İpek, Suat Yıldırım, Süleyman Uysal ilə yaxın əlaqələrdə ittiham olunur.

İstintaq həmçinin M.Mənsimovu təşkilatın rusiyalı imamı Əhməd Hamdi Vural ilə əlaqələrdə ittiham edib.

  •  (154)
  •  (54)