SON DƏQİQƏ: Məşhur gənc aktyor VƏFAT ETDİ – Evinin qarşısında izdihamdır / FOTOLARbackend

SON DƏQİQƏ: Məşhur gənc aktyor VƏFAT ETDİ – Evinin qarşısında izdihamdır / FOTOLAR

Kanadanın dünyaca məşhur aktyoru Qodfri Qao çəkiliş zamanı vəfat edib.

Hokm.az Redaktor.az-a istinadən xəbər verir ki, Tayvan əsilli aktyorun Çində “Chase Me” adlı proqramının çəkilişləri zamanı səhhəti pisləşib. Dərhal əraziyə cəlb edilən həkimlər 35 yaşlı aktyora müdaxilə edib. Ardınca aktyor xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, aktyor ürəktutmasından dünyasını dəyişib. Onun cənazəsi Taypeyə göndəriləcək. Onun evinin qarşısına minlərlə pərəstişkarı toplaşıb.

Qeyd edək ki, Qodfri Qao həm də model kimi fəaliyyət göstərib. Fransız stilist Luis Vuitonun birinci asiyalı modeli kimi tanınan Qao, Hollivud istehsalı olan “Ölümcül oyuncaqlar”, “Sümüklər şəhəri” və digər filmlərdə rol alıb.

  •  (0)
  •  (0)
SON DƏQİQƏ: Məşhur gənc aktyor VƏFAT ETDİ – Evinin qarşısında izdihamdır / FOTOLARbackend

SON DƏQİQƏ: Məşhur gənc aktyor VƏFAT ETDİ – Evinin qarşısında izdihamdır / FOTOLAR

Misirin və ərəb dünyasının tanınmış gənc aktyoru Heysem Əhməd Zəki dünyasını dəyişib.

Hokm.az Redaktor.az-a istinadən xəbər verir ki, ölkədə olduqca sevilən 35 yaşlı aktyor bu gün səhər saatlarında hipotenziya ( Təzyiqin aşağı düşməsi ) səbəbiylə həyatını itirib.

Yaxınları aktyorla əlaqə qura bilmədiyi üçün polisə məlumat verib. Polis onun cəsədini evində tapıb. Aktyorun ölümü ölkədə dərin hüznlə qarşılanıb. Onun Qahirədəki evinin qarşısında izdiham yaşanır.

Qeyd edək ki, 2006-cı ildə filmlərdə rol almağa başlayan aktyor, ərəb ölkələrində böyük maraqla izlənilən “Təlxək” , “Xəzinə” və digər filmlərdə oynadığı rollarla nüfuz qazanıb.

Heysem Əhməd Zəki ərəb dünyasında “qaraşın gənc” ləqəbi ilə tanınan mərhum məşhur aktyor Əhməd Zəkinin oğludur.

Anar Türkeş / Redaktor.az

  •  (0)
  •  (0)