SON DƏQİQƏ: Məktəblərdə tədris dayandırılacaq? – RƏSMİ AÇIQLAMAbackend

SON DƏQİQƏ: Məktəblərdə tədris dayandırılacaq? – RƏSMİ AÇIQLAMA

Bakıda daha iki məktəb koronavirusa görə bağlanıb.

Hokm.az xəbər verir ki, İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi və R.Pirnəzərov adına 299 saylı məktəb liseyi bu gündən distant təhsilə keçib. Buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.

Qeyd edək ki, son günlər ölkədə koronavirusa yoluxma halları artıb. Bu, sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Bildirilir ki, ölkədə sərt karantin rejimi tətbiq olunacaq və məktəblər bağlanacaq.

Mütəxəssislər də düşünürlər ki, əgər vəziyyət nəzarətdən çıxarsa və yoluxma sayı artarsa, o zaman sərt karantin tətbiq edilə bilər. Məktəblərin də bağlanması qaçılmazdır.

Professor Adil Qeybulla BAKU.WS-ə açıqlamasında bildirib ki, insanların təmaslarının mümkün qədər qarşısı alınmalıdır.

“Amma yoluxma sayı artarsa, sərt karantin olacaq. Çünki biz ikinci dalğa zamanı da gördük ki, xəstəxanada yer tapılmır, ölənlərin sayı çox olur, ambulator xidmət üçün dərman ajiotajı yaşanır. Fikrimcə, nə qədər ki vəziyyət pisləşməyib, müəyyən qaydalar qəbul olunmalıdır. Amma qaydalar elə qəbul olunmalıdır ki, hər tərəfi əhatə etsin”, – deyə Adil Qeybulla bildirib.

Məsələyə aydınlıq gətirmək üçün Təhsil Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun  verdiyi məlumata görə, yayılan fikirlərin heç bir əsası yoxdur.

“Təhsil Nazirliyi informasiyaya açıq qurumdur. Əgər hansısa hadisə barədə qərar verilərsə, təbii ki, bu barədə açıqlama veriləcək. Ən azından bu barədə məlumat veriləcək”, – deyə Cəsarət Valehov bildirib.

 

  •  (0)
  •  (0)