SON DƏQİQƏ: Lavrovla Zərif arasında QARABAĞ MÜZAKİRƏSİbackend

SON DƏQİQƏ: Lavrovla Zərif arasında QARABAĞ MÜZAKİRƏSİ

Rusiya və İran Xarici İşlər nazirləri Sergey Lavrov və Məhəmməd Cavad Zərif 26 yanvarda Moskvada danışıqlar aparacaq.

Hokm.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə həftəlik brifinqində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Yanvarın 26-da İran İslam Respublikasının Xarici İşlər naziri Moskvada işgüzar səfərdə olacaq və bu səfərdə Rusiya Xarici İşlər naziri Sergey Lavrovla danışıqlar aparılacaq. Dağlıq Qarabağ ətrafındakı vəziyyət, İranın nüvə proqramı üçün Birgə Hərtərəfli Fəaliyyət Planındakı vəziyyət, Suriyadakı vəziyyət, Əfqanıstan, Fars körfəzi zonası da daxil olmaqla, bir sıra beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinin aparılacağı gözlənilir”, – Zaxarova deyib.

  •  (1)
  •  (0)