SON DƏQİQƏ: İŞİD məşhur şəhəri ələ keçirdi – Küçələr cəsədlərlə doludur / VİDEObackend

SON DƏQİQƏ: İŞİD məşhur şəhəri ələ keçirdi – Küçələr cəsədlərlə doludur / VİDEO

İŞİD terror təşkilatı Mozambikin Palma şəhərini ələ keçirib.

Hokm.az Metbuat.az-a istinadən xəbər verir ki, yerli dairələr küçələrin cəsədlərlə dolu olduğunu açıqlayıb. Məlumata görə, yeraltı sərvətləri ilə zəngin strateji önəmə malik Palma şəhəri uğrunda bir neçə gün mübarizə gedib. Küçə döyüşlərindən sonra terrorçular şəhəri ələ keçirib. Yerli mənbələr şəhərdə minlərlə silahlının olduğunu bildirir. 100-dən çox sakin helikopterlərlə təxliyə edilib. Çox sayda insan isə Tanzaniyaya keçib.

Rəsmi dairələr kütləvi təxliyə üçün əlavə nəqliyyat vasitələri tələb edir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, terrorçular yaxşı silahlanmış və planlı şəkildə hərəkət edir.

  •  (1)
  •  (0)