SON DƏQİQƏ: Hazırda cəbhədə nə baş verir? – POLKOVNİK AÇIQLADI…backend

SON DƏQİQƏ: Hazırda cəbhədə nə baş verir? – POLKOVNİK AÇIQLADI…

“Azərbaycan ordusu Moskvada əldə olunmuş humanitar atəşkəsə  əməl edir. Amma bu, o demək deyil ki, düşmənin təxribatları cavabsız qalacaq. Əlbəttə ki, ordumuz cavab olaraq, onlara məxsus atış nöqtələrini, hərbi tenikaları və digər hərbi əhəmiyyətli obyektləri məhv edir”.

Bu sözləri redaktor.az-a ehtiyatda olan polkovniki Şair Ramaldanov cəbhədə gedən döyüşlərin hazırki vəziyyətindən danışarkən deyib. O bildirib ki, Azərbaycan ordusu aparılan döyüşləri nəzərdə tutulmuş plan üzrə həyata keçirir:

“Biz öz üzərimizə düşən vəzifəni hər zaman olduğu kimi indi də yerinə yetiririk. Lakin işğalçı Ermənistan humanitar atəşkəsin tələblərinə əməl etmir, üstəlik cəbhə xəttindən uzaq, mülkü əhalinin sıx yaşadığı böyük şəhərlərimizi atəşə tutur, qadağan olunmuş silahlarla zərbələr endirir. Əlbəttə, bütün bunlar onu göstərir ki, sülh danışıqları hər zaman olduğu kimi indi də mənasızdır. Bu baxımdan istənilən halda düşmənin təxribatlarına, hücumlarına ən sərt şəkildə cavab veriləcək”.

  •  (0)
  •  (0)