SON DƏQİQƏ! Ərdoğan Əliyevə zəng etdi: Türkiyə Azərbaycana dəstək verəcəkbackend

SON DƏQİQƏ! Ərdoğan Əliyevə zəng etdi: Türkiyə Azərbaycana dəstək verəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb.

Hokm.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.

R.T.Ərdoğan Azərbaycanın haqlı və böyük bir mübarizə ilə əldə etdiyi Qarabağ zəfərinin regionda sülh və rifah üçün yeni imkanlar yaratdığını bildirərək qeyd edib ki, Türkiyənin Azərbaycana bu yeni mərhələdə bütün sahələrdə dəstəyi davam edəcək.

Türkiyə Prezidenti Ermənistan işğalından azad edilən Qarabağ torpaqlarında inşaat və təmir bərpa işlərinin başlanmasına məmnunluğunu ifadə edib.

  •  (1)
  •  (0)