SON DƏQİQƏ! Əməkdar artisti maşın vurdu – Vəziyyəti ağırdı (FOTO)backend

SON DƏQİQƏ! Əməkdar artisti maşın vurdu – Vəziyyəti ağırdı (FOTO)

Əməkdar artist Elizbar Osmanovu maşın vurub.

Hokm.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində Bakı Dövlət Sirkinin yaxınlığında baş verib.

1 saylı Kliniki Tibbi Mərkəzə aparılan Elizbar Osmanovun vəziyyəti ağır olub.

Xəstəxanadan Qaynarinfo-ya verilən məlumata görə, 19:05-də gətirələn əməkdar artist cərrahi əməliyyata alınıb. Hazırda əməliyyat bitib, xəstənin vəziyyəti ağırdı.

Elizbar Osmanovu vuran “BMW” markalı maşının sürücüsü polis tərəfindən dindirlir.

Qeyd edək ki, Elizbar Osmanova Prezidentin sərəncamı ilə 16oktyabr 2021-ci ildə “Əməkdar artist” fəxri adı verilib.

  •  (0)
  •  (2)