SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi: Yanvarın 13-ü və 14-də…backend

SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi: Yanvarın 13-ü və 14-də…

Əhaliyə hava ilə bağlı xəbərdarlıq edilib.

Yanvarın 13-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. 

Milli Hidrometeorologiya Xidmətindən Hokm.az-a verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Yanvarın 13-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 13-14-də Bakıda və Abşeron yarımadasında mülayim cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

  •  (0)
  •  (3)