SON DƏQİQƏ: Əfqanıstanda müharibə başladı, şiddətli DÖYÜŞLƏR GEDİRbackend

SON DƏQİQƏ: Əfqanıstanda müharibə başladı, şiddətli DÖYÜŞLƏR GEDİR

Əfqanıstanın 3 əyalətində “Taliban” hərəkatı ilə müqavimət gücləri arasında toqquşmalar davam edir.

Hokm.az xəbər verir ki, münaqişə Pəncşir, Pərvan və Baqlan əyalətlərinin müxtəlif rayonlarında qeydə alınıb.

Qeyd olunur ki, döyüşlər ötən gecədən etibarən başlayıb. Hazırda həlak olanların sayı barədə məlumat verilməyib.

“Taliban” əleyhinə koalisiyanın toplandığı Kabildən təxminən 160 kilometr aralıda yerləşən Pəncşirdən gələn son xəbərlər təşkilatın bu əyalətdə müqavimətə son qoymaq üçün hərəkətə keçdiyini göstərir. Son məlumata görə, “Taliban”ın bölgə ilə telefon və internet əlaqələrini kəsib və təşkilat bölgəyə yüzlərlə silahlı göndərib.

Yerli sakinlər “Taliban”ın bölgəyə gedən yolları bağladığını, ərzaq məhsullarının qiymətinin qalxmasına səbəb olduğunu da iddia edirlər. Bu addım “əsas hücumdan əvvəlki son hazırlıq” olaraq şərh olunur. Hər iki tərəfin Əfqanıstan ordusundan qalan silahlarının olduğu və bölgədəki qarşıdurmaların son dərəcə şiddətli olduğu bildirilir.

Xatırladaq ki, “Taliban” avqustun 15-dən etibarən paytaxt Kabil üzərində nəzarəti ələ keçirdiyini bildirib. Prezident Əşrəf Qani istefa verərək ölkəni tərk edib.Publika.az

  •  (0)
  •  (0)