SON DƏQİQƏ! Biləsuvar rayonunda vətəndaşlar aclıqdan polisə hücum etdi -VİDEO – Yenilənibbackend

SON DƏQİQƏ! Biləsuvar rayonunda vətəndaşlar aclıqdan polisə hücum etdi -VİDEO – Yenilənib

 

SON DƏQİQƏ! Biləsuvar rayonunda vətəndaşlar aclıqdan polisə hücum etdi -VİDEO

Hokm.az xəbər verir ki, Biləsuvar rayonunda vətəndaşlar çörək tələb edərək Polis mərkəzinə hücum edib. Bu zaman polislərin təzyiqinə məruz qalan vətəndaşlar Prezidentdən kömək istəyiblər. Hokm.az həmin görüntüləri sizlərə təqdim edir:

________________________________________________

Hokm.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Report-a bildirib ki, hadisə zamanı polisə müqavimət göstərilib:
“Bir qrup vətəndaş sosial yardımların gecikməsi ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyətinin qarşısına toplaşmağa cəhd edib. Ərazidə xidmətdə olan polis əməkdaşları dərhal ora gələrək həmin şəxslərlə söhbət aparıb. Bu zaman sakinlərdən biri polis əməkdaşının qanuni tələbinə əməl etməyib və əvvəl polislərə müqavimət göstərib. Daha sonra həmin şəxs polisə əli ilə xəsarət yetirib. Dərhal polis əməkdaşları həmin vətəndaşı saxlayıb və barəsində araşdırma aparılması üçün rayon Prokurorluğuna göndərilib. Vətəndaşlar iddia edirlər ki, polis əməkdaşları onlara xəsarət yetirib. Lakin belə bir hal baş verməyib”.
  •  (1)
  •  (4)