SON DƏQİQƏ! Bayden siyahı tərtib etdi: Ərdoğan və Putinin də adı var…backend

SON DƏQİQƏ! Bayden siyahı tərtib etdi: Ərdoğan və Putinin də adı var…

ABŞ prezidenti Co Bayden prezident Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla 40 prezidenti 22-23 aprel tarixlərində keçiriləcək İqlim Sammitinə dəvət edib.

Hokm.az xəbər verir ki, 40 ölkə prezidentinin qatılacağı İqlim Zirvəsi onlayn keçiriləcək. Ağ Evdən edilən yazılı açıqlamada bildirilir ki, sözügedən zirvə görüşü xalqa canlı yayımladılacaqdır.

Açıqlamada o da qeyd edilir ki, liderlərin görüşündə iqlim dəyişikliyinə qarşı daha güclü bir mübarizənin önəmi və iqtisadi faydaları vurğulanacaqdır.

40 dünya liderinin əks olunduğu siyahıda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmçinin Kanada Baş Naziri Castin Trudeau, Çinin Dövlət Naziri Xi Jinping, Avropa Şurası Başçısı Çarls Mişel, Fransa Prezidenti Emmanuel Makron, Alman Kansleri Angela Merkel, Rusiya prezidenti Vladimir Putin və İngiltərə Baş Naziri Boris Consonun adları var.Metbuat.az

  •  (0)
  •  (0)