Bakının Ziya Bünyadov prospektində zəncirvari yol qəzası baş verib.
Hokm.az baku.ws-ə istinadən xəbər verir ki, qəza “Koroğlu” metrosundan “Dərnəgül” yolu istiqamətində yolda qeydə alınıb.
Qəza zamanı 4 avtomobil toqquşub. Hadisə zamanı xəsarət alan barədə məlumat verilmir.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.
















