SON DƏQİQƏ! Bakıda yaşayış binasında yanğın olub, xəsarət alanlar varbackend

SON DƏQİQƏ! Bakıda yaşayış binasında yanğın olub, xəsarət alanlar var

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Hokm.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, binanın 4-cü mərtəbəsində ümumi sahəsi 51 m2 olan mənzildə 1 ədəd divan və yataq dəsti yanıb, yüksək temperaturdan otağın divarları 12 m² sahədə qarsalanıb. Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  •  (0)
  •  (0)