SON DƏQİQƏ: Bakıda ticarət mərkəzi yanır – VİDEObackend

SON DƏQİQƏ: Bakıda ticarət mərkəzi yanır – VİDEO

Bakının Nərimanov rayonunda yanğın başlayıb. 

Hokm.az “qafqazinfo”ya istinadla xəbər verir ki, yanğın “Metro City” ticarət mərkəzindədir.

Ticarət mərkəzinin içinin mallarla dolu olduğu bildirilir. Hazırda yanğının lokallaşdırılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb edilib.

***

Yanğın baş verən ticarət mərkəzinə bitişik dayanan maşın polis əməkdaşları tərəfindən hadisə yerindən çıxarılıb. Qeyd edilib ki, əks halda partlayış baş verə bilərdi.

***

Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarlardan bir  neçəsi “Qafqazinfo”ya bildirib ki, ticarət mərkəzi saat 9-da açılır. Ona görə də mağaza sahibləri içəridə olmayıb. Yanğın təxminən 8:00-8:30 radələrində başlayıb.

***

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb: “FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub”.

***

İlkin məlumata görə, ticarət mərkəzində 30-dan çox mağaza fəaliyyət göstərib. Sahibkarların sözlərinə görə, hər mağazada ən azı 50-60 min manatlıq malları olub. 

  •  (0)
  •  (0)