SON DƏQİQƏ! Bakıda sərnişin  avtobusu yandı – Hadisə yerindən videobackend

SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu yandı – Hadisə yerindən video

Bakı Nəqliyyat Agentliyi Bakıda sərnişin avtobusunda yanğın olması barədə məlumat yayıb.

Agentlikdən Hokm.az-a  verilən xəbərə görə, 01.09.2020 tarixində səhər saatlarında “BakuBus” MMC-nin istismarında olan 24 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JH 246 dövlət qeydiyyat nişanlı avtobusda yanğın hadisəsi olub.

Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır.

  •  (0)
  •  (0)