Binədə sexdə baş verən yanğın söndürüldü – VİDEObackend

Binədə sexdə baş verən yanğın söndürüldü – VİDEO

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nəm salfetkaların istehsalı sexində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Hokm.az-a verilən məlumata görə, görülən operativ tədbirlərlə yanğın daha da genişlənməsinin qarşısı alınaraq söndürülüb.

__________________

15:05

Bakının Xəzər rayonu, Binə qəsəbəsində istehsalat sexində yanğın baş verib.

Hadisə şahidlərinin redaktor.az-a verdiyi məlumata görə, yanğın ərazidəki iki yaşayış evinə də keçib.

Hadisə yerinə  Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

  •  (0)
  •  (0)