Bakıda yük kranının trosu qırıldı: bir ölü, bir yaralı – YENİLƏNİBbackend

Bakıda yük kranının trosu qırıldı: bir ölü, bir yaralı – YENİLƏNİB

Bakıda yük qaldıran qurğunun trosunun qırılması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1983-cü il təvəllüdlü şəxsin müalicəsi 3 saylı Şəhər Klinik Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

Bu barədə “Report”a xəstəxanadan məlumat verilib.

Bildirilib ki, yaralı xəstəxanaya qabırğanın sınığı diaqnozu ilə daxil olub və hazırda vəziyyəti ağır olaraq qalır.

——————-

16:23

Bakıda tikintidə yükqaldırıcı qurğunun qırılması nəticəsində faciə baş verib.

Hokm.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Neftçi Qurban küçəsi 29 ünvanında qeydə alınıb.

Çoxmərtəbəli binanın tikintisi zamanı ərazidə yuxarı mərtəbəyə yük qaldıran qurğunun trosu qırılıb.

Hadisə nəticəsində qurğuda olan fəhlələrdən bir nəfər ölüb, bir nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (1)