SON DƏQİQƏ! Azərbaycanda torpaq sürüşməsi oldu: ölən var – VİDEObackend

SON DƏQİQƏ! Azərbaycanda torpaq sürüşməsi oldu: ölən var – VİDEO

SON DƏQİQƏ! Azərbaycanda torpaq sürüşməsi oldu: ölən var

Martın 7-də Lerik rayonunda baş verən torpaq sürüşməsi nəticəsində yaşayış evi dağılıb.

 

Hokm.az Axeber.az-a istinadən bildirir ki, hadisə rayonun Çayrud kəndində qeydə alınıb.

***

Torpaq sürüşməsi nəticəsində kənd sakini Arif Əlirzayevə məxsus ev dağılıb. A.Əlirzayev uçqun altında qalaraq ölüb.

Ailənin daha iki üzvü isə xəsarət alıb. Bunlar 1988- ci il təvəllüdlü Qızqayıt Mirəhəd qızı Əliyeva və 2014-cü il təvəllüdlü Ayan Arif qızı Əlirzayevadır. Yaralılar Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər xəsarət alan şəxslərin vəziyyətini normal kimi qiymətləndirir.  //report

  •  (0)
  •  (0)