SON DƏQİQƏ – Azərbaycanda restoranda qorxulu hadisə – Ölən və xəsarət alan varbackend

SON DƏQİQƏ – Azərbaycanda restoranda qorxulu hadisə – Ölən və xəsarət alan var

Bərdə rayonunda restoranda ölüm hadisəsi baş verib.

Bərdə rayon prokurorluğundan Hokm.az-a verilən məlumata görə, mayın 7-də saat 16 radələrində rayon sakini Sahib Əhmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub

İlkin araşdırmalarla müəyyən edilib ki, Bərdə şəhərində yerləşən “Çinar” restoranında xidmətçi işləyən Sahib Əhmədov və Üzeyir Məmmədov restoranın həyətində təmizlik işləri apararkən hər ikisini elektrik cərəyanı vurmuş, nəticədə Sahib Əhmədov hadisə yerində ölmüş, Üzeyir Məmmədov isə sağ əl nahiyəsindən xəsarət alıb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq aparılır.

  •  (0)
  •  (0)