SON DƏQİQƏ: Azərbaycanda koronavirusa yoluxma və ölüm sayı KƏSKİN ARTDIbackend

SON DƏQİQƏ: Azərbaycanda koronavirusa yoluxma və ölüm sayı KƏSKİN ARTDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2233 yeni yoluxma faktı qeydə alınıb, 2401 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hokm.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 570 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 533 175 nəfər müalicə olunaraq sağalıb, 7 579 nəfər vəfat edib, aktiv xəstə sayı 29 568 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 925, ötən müddət ərzində isə ümumilikdə 5 418 169 test aparılıb.

  •  (1)
  •  (0)